Azərbaycanın təzminat davasından yazdı - “Ermənistan qərara əməl etməli olacaq”

2 Fevral 2023 16:30 Problem 1 531
Azərbaycanın təzminat davasından yazdı - “Ermənistan qərara əməl etməli olacaq”

Xəbər verildiyi kimi, yanvarın 18-də Azərbaycan Bern Konvensiyası çərçivəsində Ermənistanı Beynəlxalq Məhkəməyə verib və Azərbaycan ekologiyasına vurduğu ziyana görə ona qarşı təzminat davası açıb.

Bu, beynəlxalq praktikada Bern Konvensiyasına uyğun ilk iddiadır. Artıq məsələ Qərb mediasının da diqqətini çəkib.

Məsələn, Britaniyanın nüfuzlu nəşrlərindən olan “The Guardian” bu barədə yazıb.

“Müharibə zamanı ətraf mühitə dəymiş ziyana görə Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddia Bern Konvensiyasına uyğun olaraq hər hansı bir ölkənin dövlətlərarası arbitraja müraciət etdiyi ilk hadisədir”, - qəzet qeyd edib.

Londonda yerləşən “Clyde & Co” firmasının hüquqşünası Zaneta Sedilekova nəşrə bildirib ki, bu, işğalçı dövlət tərəfindən biomüxtəlifliyin geniş şəkildə məhv edilməsinə qarşı mübarizənin unikal nümunəsidir.

Onun sözlərinə görə, indi hər iki ölkənin arbitrləri təyin etmək üçün 3 ay vaxtı var ki, onlar hər hansı zərərin sübutunu nəzərdən keçirəcək və Ermənistanın təzminat ödəyib-ödəməməsi barədə qərar verəcəklər.

Hüquqşünas deyib ki, Bern Konvensiyasını imzalayan Ermənistan bu qərara əməl etməyə borcludur.

“Azərbaycan öz işində uğur qazanarsa, bu, ilk dəfə olacaq ki, arbitraj məhkəməsi ətraf mühitin məhv edilməsinə görə dəymiş ziyanı hesablayacaq və çox güman ki, konkret ərazidə və konkret ölkə üçün biomüxtəlifliyin itirilməsi və ekosistem xidmətlərinin azalmasının iqtisadi dəyərini qiymətləndirəcək”, - Sedilekova bildirib.

Onun fikrincə, belə bir presedent dövlət və qeyri-dövlət subyektlərinin biomüxtəlifliyin itirilməsinin əhəmiyyətini necə dərk etmələrinə dərin təsir göstərə bilər və ola bilsin biomüxtəlifliyin qorunması, mühafizəsi və bərpasını sürətləndirsin.

Yəni Azərbaycan bununla həm də bir presedent yaratmış olacaq.

Digər Xəbərlər
Xəbər Lenti