İki böyük klub arasında gərginlik - Sənədi 3 dəfə yanlış göndərdilər, transfer baş tutmadı

2 Fevral 2023 01:40 Problem 1 052
İki böyük klub arasında gərginlik - Sənədi 3 dəfə yanlış göndərdilər, transfer baş tutmadı

PSJ və “Çelsi” arasında Hakim Ziyeşin transferi ilə bağlı gərginlik yaşanıb.

Sportinfo.az xəbər verir ki, tərəflər qeydiyyat məsələsində gecikdikləri üçün keçidi yekunlaşdıra bilməyiblər.

Belə ki, London klubu onun sənədlərini Fransa təmsilçisinə üç dəfə yanlış göndərib. Bu üzdən də yekunda transferi rəsmiləşdirmək mümkün olmayıb.

Hakim Ziyeş 2022/23 mövsümündə “Çelsi”nin heyətində bütün turnirlər daxil olmaqla, 15 oyuna çıxıb və bir məhsuldar ötürmə edib.

Onun “zadəganlar”la müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 08:00 Qədimova seans keçirdi