“Qarabağ ermənilərinin müdafiəsi Qərbin məqsədlərinə cavab vermir”

30 Yanvar 2023 15:30 Problem 816
“Qarabağ ermənilərinin müdafiəsi Qərbin məqsədlərinə cavab vermir”

“Qərbin Cənubi Qafqaz regionunda başqa məqsədləri var. Söhbət Rusiyanı Qafqazdan sıxışdırıb çıxarmaqdan, İranı təcrid etməkdən gedir”.

Bu fikir alman politoloq Aleksandr Rar tərəfindən səslənib.

“Avropalılar üçün Avropada və İranda Rusiyanın təsirinə müqavimət Azərbaycan-Ermənistan münaqişəsindən daha vacibdir.

Bundan başqa, Avropa Cənubi Qafqazda daha da genişlənmək üçün iqtisadi zəmin yaratmaq fürsətini əldən verib və bu baxımdan Çindən də geri qalır.

Aİ-nin Ermənistan da daxil olmaqla genişlənməyə imkanı yoxdur. Amma Avropanın enerji təhlükəsizliyi Azərbaycandan asılıdır. Son illər Bakının ünvanına edilən bütün tənqidlərə baxmayaraq, Azərbaycan Avropa İttifaqının strateji tərəfdaşına çevrilir”, - deyə politoloq bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 08:00 Qədimova seans keçirdi