İrəvana zərbə endirəcək

27 Yanvar 2023 01:20 Problem 452
İrəvana zərbə endirəcək

"Ermənistan açıq şəkildə Rusiyadan Qərbə doğru dönüş edib.

İrəvan nümayiş etdirir ki, Rusiyanın qoruma arxitekturası Ermənistanın təhlükəsizlik çağırışlarına xidmət etmir".

Bunu keçmiş erməni deputat Arman Babacanyan deyib.

“Ermənistan Qərb tərəfdaşları ilə birlikdə sıfırdan belə bir təhlükəsizlik mühiti yaratmaq yolundadır. Təbii ki, baş verən hadisələr Moskvanı narahat etməyə bilməz.

Bu səbəbdən, xüsusən də Ermənistanın maraqları üçün son dərəcə vacib olan AB-nin yeni missiyası fonunda Rusiyanın İrəvana daxildən zərbələri gözlənilir”, - o bildirib.

O qeyd edib ki, əvvəllər də olduğu kimi, ruslar respublika daxilində təzyiq yarada, Ermənistanın müxtəlif ictimai-siyasi dairələrini bu prosesə cəlb edə bilərlər.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda