Ruslar bizimkilərə vəd verdi ki… Erməni təxribatçının yaratdığı QALMAQAL

24 Yanvar 09:20 Problem 251
Ruslar bizimkilərə vəd verdi ki… Erməni təxribatçının yaratdığı QALMAQAL

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi bəyanat yayıb.

Sportinfo.az xəbər verir ki, qurumun "Böyük Dəbilqə" seriyalı "Australia Open" tennis turnirində erməni əsilli Rusiya idmançısı Karen Xaçanovun təxribatı ilə bağlı yaydığı bəyanatda bunlar qeyd olunub:

"Hazırda davam edən “Böyük dəbilqə” seriyalı “Australia Open” tennis turniri çərçivəsində 20 yanvar 2023-cü il tarixində baş tutan oyun zamanı erməni əsilli Rusiya idmançısı Karen Xaçanov rəqibinə qalib gəldikdən sonra idmançı adına yaraşmayan, Beynəlxalq Tennis Federasiyasının və hazırda iştirak etdiyi turnirin davranış qaydalarına zidd olan təxribat törətmiş və beynəlxalq turnirlərdə çıxış edən tennisçilərə məxsus bir ənənəni siyasiləşdirməyə cəhd etmişdir.

Eyni hal idmançı tərəfindən turnirin növbəti mərhələsi çərçivəsində baş tutan oyundan sonra da təkrarlanmışdır.

Baş vermiş hallarla bağlı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Tennis Federasiyası tərəfindən ikitərəfli qaydada Rusiya Federasiyasının müvafiq qurumlarına, eləcə də Beynəlxalq Tennis Federasiyası və “Australia Open” tennis turnirinin təşkilatçılarına müvafiq müraciətlər ünvanlanmış, bu təxribatçı addımlarına görə tennisçinin cəzalandırılması və belə bir halın təkrarlanmasına yol verilməməsi tələb edilmişdir.

Rusiya Federasiyasının müvafiq qurumları tərəfindən məsələnin araşdırılacağı və idmançıya müvafiq xəbərdarlığın olunacağı vəd edilmişdir".

Digər Xəbərlər
Xəbər Lenti
8 Fevral 02:30 Ruben Vardanyan qaçdı