Azərbaycana qarşı hər formada düşmənçiliyi müdafiə edən Fransa bu dəfə separatçı Ruben Vardanyana tribuna verib.
Separatçı “France 24” telekanalına müsahibəsində Azərbaycana qarşı hədsiz ifadələrə yer verib.
Vardanyan erməni xislətinə uyğun olaraq, yenə də “müstəqil Artsax” xülyasından dən vurub.
“Bu hekayəni bitirməyin ən yaxşı yolu “Artsax”ı “müstəqil dövlət” kimi tanımaqdır”, - Vardanyan Fransa kanalının efirində deyib.
Separatçı “Azərbaycan dövlətinin tərkibində yaşamağın mümkün olmadığı” cəfəngiyyatını da dilinə gətirib.

