"Azərbaycan indi iki məqsədə çatmaq istəyir" - Erməni politoloq

22 Yanvar 2023 12:30 Problem 1 362
"Azərbaycan indi iki məqsədə çatmaq istəyir" - Erməni politoloq

"Azərbaycan indi iki məqsədə nail olmaq istəyir, birinə isə artıq nail olub”.

bu barədə Ermənistanın Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryan danışıb.

Erməni politoloqun fikrincə Azərbaycanın həllinə nail olduğu əsas məsələ dəhlizdə keçid məntəqəsinin qoyulmasıdır:

"Bu məsələ rəsmiləşdirilməsə də, reallıqda Laçın dəhlizində artıq adamlar dayanıb. İndi insan və yük daşımağın mümkün olub-olmadığını artıq onlardan soruşulur. Bakı sadəcə bunu rəsmiləşdirmək istəyir.

Bakının ikinci yaxın məqsədi Qarabağ məsələsinin Azərbaycanın daxili məsələsi kimi qeydə alınacağı sülh müqaviləsidir. Bu, sülhməramlıların geri çəkilməsi istiqamətində bir addımdır, çünki Qarabağ daxili məsələdirsə, sülhməramlılar nəyə lazımdır”, - deyə, o əlavə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu