"Azərbaycan üçün Qarabağ və Ermənistan ayrı-ayrı problemlər deyil"

21 Yanvar 2023 16:30 Problem 626
"Azərbaycan üçün Qarabağ və Ermənistan ayrı-ayrı problemlər deyil"

"Hazırkı mərhələdə Azərbaycan Qarabağda problemlərin həlli üçün hərbi variantı istisna etmir".

Bu barədə erməni deputat, revanşist Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

“Hərbi əməliyyatlar ox güman ki, lokal ərazilərdə aparılacaq, lakin onun hadisələrdən asılı olaraq genişmiqyaslı səviyyəyə keçməsi istisna olunmur”, - deyə, o bildirib.

Erməni deputat Qarabağın hadisələrin mərkəzində durduğunu, lakin Azərbaycanın bununla yetməyib Ermənistana belə yönələ biləcəyini yazıb.

Artsax indi hadisələrin mərkəzindədirsə, bu o demək deyil ki, Artsaxda hərbi qərarlar veriləcək. Təzyiqləri artırmaq üçün Azərbaycan şantaj istiqamətini son iki ildə ekspansionist hərəkətlərdən sonra əldə etdiyi uğurlara arxalanmaq üçün tramplin formalaşdırdığı Ermənistana yönəldə bilər.

Azərbaycan üçün Qarabağ və Ermənistan ayrı-ayrı problemlər deyil. Onlar erməni məsələsini həmişəlik gündəmdən çıxarmaq istəyirlər”, - deyə, Tiqran Abramyan bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu