“Ev sahibinə kirayə borcu var, yazdı ki, ödəyəcəm, ödəmədi - Pul vermək istəmir“

18 Yanvar 2023 02:00 Problem 722
“Ev sahibinə kirayə borcu var, yazdı ki, ödəyəcəm, ödəmədi - Pul vermək istəmir“

Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Rafael Fiziyev Tailanddakı evinin kirayəsini ödəməkdən imtina etməkdə ittiham olunub.

Sportinfo.az xəbər verir ki, bununla bağlı müraciət “Phuket Top Team” məşq komandasının sosial şəbəkədəki səhifəsində yerləşdirilib.

Müraciət əsasən Fiziyevin növbəti döyüşdə üz-üzə gələcəyi amerikalı Castin Qetjiyə ünvanlanıb:

“Fiziyevin ev sahibinə kirayə borcu var. Yazdı ki, ödəyəcəyəm, amma ödəmədi.

O, bu faktı danmır, sadəcə olaraq, pul vermək istəmir. Castin Qetji, zəhmət olmasa onun kirayə pulunu topla”.

Rafael Fiziyev Qetji ilə martda Londonda qarışıq döyüş növləri üzrə UFC 286 turnirində qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu