Dizi başına bəla oldu - “Gent”in kapitanı “Qarabağ”la oyunları buraxacaq?

17 Yanvar 2023 17:20 Problem 632
Dizi başına bəla oldu - “Gent”in kapitanı “Qarabağ”la oyunları buraxacaq?

“Gent”ın futbolçusu Vadis Ocica-Ofoe UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la oyunları buraxa bilər.

Sportinfo.az xəbər verir ki, buna səbəb 34 yaşlı kapitanın zədələnməsidir.

Ölkə çempionatının XX turunda “Kortriyk”lə matçın (2:1) 16-cı dəqiqəsində zədələnərək əvəzlənən Belçika millisinin sabiq yarımmüdafiəçisi dizindən əməliyyat olunub.

Vadisin yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmasa da, onun sağalma prosesinin bir neçə ay çəkməsi gözlənilir.

“Qarabağ”la “Gent” arasında oyunlar fevralın 16-da və 23-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu