“Qarabağı saxlamaq üçün atılan birinci addım yeni müharibəyə hazırlıqdır”

17 Yanvar 2023 02:30 Problem 763
“Qarabağı saxlamaq üçün atılan birinci addım yeni müharibəyə hazırlıqdır”

“Qarabağı saxlamaq üçün atılan birinci addım yeni müharibəyə hazırlıqdır”.

Bunu erməni politoloq Qrant Melik-Şahnazaryan deyib.

O, yeni müharibə barədə sərsəm fikirlərini bildirib.

“Bir neçə il əvvəl heç kimin ağlına gələ bilməzdi ki, siyasi gündəmdə belə bir məsələ ola bilər. Amma təəssüflər olsun ki, reallıq elədir.

Sualları olduğu kimi qoymaq və onlara mümkün qədər açıq və dürüst cavab vermək lazımdır. Siyasi dairələrdə böyük səmimiyyətsizlik var.

Elita insanlara aşkar olan şeyləri söyləməyə qorxur.”Qarabağı saxlamaq üçün atılan addımlardan biri yeni müharibəyə hazırlıqdır”, – Melik-Şahnazaryan deyib.

Onun fikrincə, cəmiyyətdə yeni münaqişələr və müharibələrlə bağlı böyük narahatlıq var.

“Amma heç kim açıq-aydın demir ki, bu müharibə ilk növbədə bir xalq, ölkə, dövlət olaraq bizə lazımdır. Bu, bizim üçün lazım olan müharibədir.

Məqsədi əlimizdə olanı qorumaq deyil, itirdiklərimizi geri qaytarmaqdır. Bizə revanşist desinlər, nə istəyirlər desinlər”, – Melik-Şahnazaryan çərənləyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu