Azərbaycanlı futbol əfsanəsinin xanımı və qızının İrandan çıxışına qadağa qoyuldu - FOTO

29 Dekabr 2022 00:40 Problem 600
Azərbaycanlı futbol əfsanəsinin xanımı və qızının İrandan çıxışına qadağa qoyuldu - FOTO

Dünən sosial şəbəkələrdə İran millisinin sabiq kapitanı Əli Daeinin həyat yoldaşı və qızının həbs olunduqları barədə xəbər yayılıb.

Sportinfo.az xəbər verir ki, bu haqda “Azad İran” “Telegram” kanalı yazır.

Məlumata görə, milli komandaların heyətində ən çox qol vuran (hazırda bu rekord Kriştianu Ronaldoya məxsusdur - red.) sabiq hücumçunun xanımı və qızının ölkədən çıxmasına qadağa qoyulub və onların Dubaya səfərinin qarşısı alınıb.

Əli Daei özü bu addımı kəskin pisləyib.

“Sanki terrorçu yaxalayıblar. Xanımım və qızım bir neçə günlük Dubaya yollanarkən, təyyarə Kiş şəhəri üzərindən uçduğu zaman məcburi geri qaytarılıb və ailəm aşağı endirilib”, - deyə o bildirib.

Azərbaycan kökənli Daeinin xanımı ölkədəki etirazları dəstəklədiyinə görə onun ölkədən çıxışına qadağa qoyulduğu bildirilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti