Pele video zəng vasitəsilə ailəsi və dostları ilə vidalaşdı - VİDEO

27 Dekabr 2022 00:20 Problem 731
Pele video zəng vasitəsilə ailəsi və dostları ilə vidalaşdı - VİDEO

Əfsanəvi braziliyalı futbolçu Pelenin vəziyyəti pisləşib, o, ailə üzvləri və yaxınları ilə vidalaşıb.

Sportinfo.az xəbər verir ki, bu barədə elit idmançılara kommersiya və təşkilatçılıq xidmətləri göstərən britaniyalı iş adamı Frank Xalid sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, üçqat dünya çempionu xərçənglə mübarizədə uduzur.

Pele ürək çatışmazlığı səbəbindən noyabrın sonunda xəstəxanaya yerləşdirilmişdi. Media keçmiş braziliyalı hücumçunun bağırsaq xərçəngi ilə mübarizədə bədəni artıq kimyaterapiyaya cavab vermədiyi üçün palliativ müalicə şöbəsinə köçürüldüyünü bildirib.

Lakin futbolçunun qızları Keli və Flaviya bu xəbərləri təkzib edərək atalarının xəstəxanaya yerləşdirilməsinə səbəb koronavirus olduğunu bildiriblər.

San-Pauludakı Albert Eynşteyn xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən üçqat dünya çempionunun vəziyyəti daha da ağırlaşıb. Əfsanəvi oyunçu video zəng vasitəsilə yaxınları ilə sağollaşıb.

Ailə üzvləri üçqat dünya çempionunun durumunun kritik olduğunu bildiriblər.

Pele ötən ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. Veteran futbolçu sonradan bir neçə dəfə xəstəxanaya yerləşdirilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti