Tanınmış sima pul üçün dostlarına ağız açdı: “Soruşmayın, özünüz görəcəksiniz”

26 Dekabr 2022 21:20 Problem 962
Tanınmış sima pul üçün dostlarına ağız açdı: “Soruşmayın, özünüz görəcəksiniz”

Azərbaycanın idman arenalarının taınmış diktoru Ramiz Qafarov qeyri-adi addımla diqqət çəkib.

1986-cı ildən diktorluq fəaliyyətinə başlayan 66 yaşlı xüsusi səsin sahibi sosial şəbəkə hesabında paylaşıb edib.

Bir müddət öncə saytımıza açıqlamasında özünə qarşı ögey münasibətdən və fəxri ad verilməməsindən şikayətlənən Qafarov bu dəfə “feysbuk” sosial şəbəkə platformasındakı dostların pul toplamaq qərarına gəlib.

Hər nə qədər qəribə görünsə də, maliyyəyə hansı səbəbdən ehtiyac duyduğunu bildirməyib:

“Əziz dostlar!

Mənə təcili pul lazımdır. Nə üçün lazım olduğunu lütfən soruşmayın, zamanında biləcəksiniz və görəcəksiniz.

Amma bu gün hər birinizdən kartıma 1, 5, 10 manat da olsa göndərib, şərh bölməsində məbləği göstərməyinizi xahiş edirəm.

Dostlar, bir də, bunu sizin də paylaşmağınızı xahiş edirəm. Əvvəldən hər birinizə dərin minnətdarlığımı bildirirəm”.

Ramiz Qafarov Dünya Azərbaycanlılarının Birinci Qurultayı, İlham Əliyevin sədr seçildiyi YAP-ın Təsis Qurultayı, Müslüm Maqomayev, Mstislav Rastrapoviç, Niyazi, Rəşid Behbudov kimi tanınmışların yubileyləri və bir sıra dövlət tədbirlərinin, eləcə də beynəlxalq idman yarışlarının aparıcılığını edib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti