“Artsax ordusu” erməniləri qoruyursa, sülhməramlılar Qarabağda nə gəzir? - Yeni həyasızlıq

18 Dekabr 2022 15:30 Problem 697
“Artsax ordusu” erməniləri qoruyursa, sülhməramlılar Qarabağda nə gəzir? - Yeni həyasızlıq

Ermənistan 10 noyabr kapitulyasiya aktının özünə sərf eləməyən bəndlərini açıq-aşkar sabotaj yolunu tutub.

Bu isə sənədin tam qüvvədən düşməsinə və hərbi əməliyyatların bərpasına gətirə bilər - İrəvan üçün bütün ciddi nəticələri ilə birgə. Keçək təzə faktlara.

“Ermənistanın Dağlıq Qarabağda heç bir silahlı birləşməsi yoxdur. Artsax ordusu respublika (oyuncaq rejim - red.) sakinlərini qırılıb məhv olmaqdan qoruyur”.

Belə bir həyasız iddianı srağagün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin hakim “Mülki müqavilə” partiyasından olan deputatların suallarını cavablandırarkən irəli sürüb.

Onun sözlərinə görə, “Qarabağ özünümüdafiə ordusu”nun adının özü onun birbaşa məqsədindən xəbər verir.

“Bu gün ona (qanunsuz silahlı dəstələrin qalmasına - red.) həmişəkindən daha çox ehtiyac var. Onlar (azərbaycanlı hərbçilər - red.) Dağlıq Qarabağ ermənilərinə atəş açmaqda davam edirlər.

Onlar hər cür təzyiqlərə məruz qalırlar. Qazı kəsirlər. Dağlıq Qarabağ ermənilərinin etnik təmizləmə təhlükəsi aradan qalxanda düşünürəm ki, Qarabağ erməniləri digər mümkün ssenariləri müzakirə edə biləcəklər.

Lakin hazırda biz ancaq bunu qeyd edə bilərik ki, onların faktiki mövcudluğuna təhlükə var”, - XİN rəhbəri bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti