“Hamburq”da çıxış edən xorvatiyalı futbolçu Mario Vuşkoviç FİFA tərəfindən 4 il müddətinə diskvalifikasiya olunub.
Sportinfo.az xəbər verir ki, buna səbəb 21 yaşlı müdafiəçinin sun dopinqdən istifadə etməsidir.
Xorvatiya U-21 millisinin üzvü qərarla bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) şikayt edəcəyini bildirib.
Xorvatiyanın U-21 yığmasının formasını geyinən Mario Vuşkoviç “Hamburq”a bu ilin yayında ölkəsinin “Hayduk” klubundan keçib.

