Ölümdən dönən futbol adamının çanağı protezlə əvəzlənəcək

13 Dekabr 2022 01:00 Problem 572
Ölümdən dönən futbol adamının çanağı protezlə əvəzlənəcək

Yevlaxda avtomobil qəzasında xəsarət alan hakim-inspektor Ceyhun Haşımovun əməliyyat olunacağı tarix bəlli olub.

Sportinfo.az xəbər verir ki, o, dekabrın 16-da əməliyyat ediləcək.

Hazırda onun vəziyyəti orta sabitdir. Həyatı təhlükəsi sovuşub. Çanaq sümüyündə çoxsaylı sınıqlar var. Bud sümüyündə də sınıq aşkarlanıb.

Əməliyyat olunacaq və çanağı protezlə əvəzlənəcək. Bu isə xüsusi sifarişlə gətirilir.

Həkimlər ən yüksək standartlara cavab verən protezdən istifadə etmək istəyirlər. Onun da ölkəmizə gətirilməsi və hazırlanması müəyyən vaxt tələb edir.

Dekabrın 10-da Ceyhun Haşımov, Elmin Süleymanov, Rövşən Rəcəbov, Asif Abdullayev və Rəsul Babayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisə ədalət təmsilçiləri I Divizionda “Mingəçevir” və “Qaradağ Lökbatan” arasındakı XIV tur oyunundan sonra Bakıya qayıdarkən baş verib. Onları daşıyan nəqliyyat vasitəsi Tanrıqulular kəndində qarşıdan gələn avtomobillə toqquşub.

C.Haşımov FIFA dərəcəli keçmiş referi Mübariz Haşımovun qardaşıdır.

Qəza nəticəsində Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Zabit Əli oğlu aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

"Mingəçevir" - "Qaradağ Lökbatan" matçı qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Həmin qarşılaşmada Rövşən Rəcəbov baş hakim, Elmin Süleymanov və Asif Abdullayev laysmanlar, Rəsul Babayev dördüncü hakim, Ceyhun Haşımov isə hakim-inspektor olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti