Arayik Arutyunyan sülhməramlıların ailələrinin Qarabağa köçürülməsi üçün Rusiya Federasiyasının ən yüksək məhkəmə instansiyalarına müraciət edib.
Bu barədə erməni nəşri olan "Hraparak" məlumat yayıb.
“Bizə deyilib ki, Arutyunyan bununla bağlı Rusiyanın yüksək məhkəmə instansiyalarına müraciət edib və rus sülhməramlıların ailələrinin köçürülməsinin təşkil ediləcəyinə dair təminat alıb”, - deyə nəşr bildirib.
Azərbaycanlı ekspertlər hesab edirlər ki, bu Ermənistan və Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı gedən prosesin tam əleyhinədir. Millət vəkili Elman Nəsirov “TV Musavat” a bildirdi ki, A.Arutyunyan sülh razılaşmasının əldə olunmaması üçün əlindən gələni edir.

