Şuşada etiraz aksiyası - Çadırlar quruldu: VİDEO+FOTOLAR

12 Dekabr 2022 13:50 Problem 863
Şuşada etiraz aksiyası - Çadırlar quruldu: VİDEO+FOTOLAR

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələri aksiya keçirir.

QHT nümayəndələri və aktivistlər Qarabağ iqtisadi rayonunda həyata keçirilən ekoloji terrorun dayandırılmasını tələb edirlər.

Ərazidə çadırlar qurulub. Etirazçılar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.

“Hazırda aksiya iştirakçıları üç çadır qurur. Biz çadırlarda yerləşəcəyik”, - deyə aksiyada iştirak edən jurnalist Niyaz Niftiyev saytımıza bildirib.

Aksiyada Azərbaycanın 100-dən çox QHT nümayəndəsi iştirak edir (qafqazinfo).






Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!