“İrəvan və Bakı sülh sazişinin yalnız bir bəndi üzrə razılığa gəlib”

10 Dekabr 2022 03:10 Problem 593
“İrəvan və Bakı sülh sazişinin yalnız bir bəndi üzrə razılığa gəlib”

“Ermənistanla Azərbaycan arasında sülh sazişinin yalnız bir bəndi üzrə razılıq əldə olunub”.

Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkə parlamentində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sözügedən bənd tərəflər arasında diplomatik münasibətlərin Vyana Konvensiyasına uyğun olaraq qurulmasıdır.

Qriqoryan qeyd edib ki, sülh sazişinin mətni üç dəfə redaktə olunub və hazırda Ermənistan tərəfi onun üzərində işləyir: “Sazişin bütün digər bəndləri üzrə dəqiq razılaşma yoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti