Qarabağ AÇIQLAMASI: “Yanlış addım olar”

8 Dekabr 2022 02:30 Problem 392
Qarabağ AÇIQLAMASI: “Yanlış addım olar”

“Bu gün Ermənistanın Qarabağın müstəqilliyini tanıması yanlışdır”.

Bunu jurnalistlərə müsahibəsində Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Ovik Ağazaryan deyib.

Onun fikrincə, yeri müxalifət də bunu başa düşür. Deputatın sözlərinə görə, ötən həftə müxalifətin Qarabağ ətrafında yaranan situasiya ilə bağlı parlamentə təqdim etdiyi layihə olduğu kimi qəbul olunsa, bu həm Ermənistan, həm də onu dəstəkləyən ölkələrə ciddi problem yaradacaqdı.

“Bu məntiqə görə, parlament faktiki olaraq Qarabağın müstəqilliyini tanıyardı. Bu isə Azərbaycanla deyil, elə vasitəçilərin özləri ilə də danışıqlar prosesinin bağlanması deməkdir”, - deyə Ağazaryan vəziyyəti izah edib.

Ötən həftə “Ermənistan” müxalifət blokunun hazırladığı bəyanat layihəsinə səsvermə zamanı “Vətəndaş sazişi” partiyasının fraksiyası bitərəf qalmışdı.

Digər Xəbərlər
Xəbər Lenti