“Azərbaycanla sülh müqaviləsi ilin sonuna qədər imzalanmayacaq”

8 Dekabr 2022 01:20 Problem 345
“Azərbaycanla sülh müqaviləsi ilin sonuna qədər imzalanmayacaq”

“Azərbaycanla sülh müqaviləsi ilin sonuna qədər imzalanmayacaq”.

Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

O qeyd edib ki, 2022-ci ilin sonuna kimi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək, lakin görüşün dəqiq günü bəlli deyil.

Mirzoyan vurğulayıb ki, gələcəkdə imzalanacaq sülh sazişi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına tövhə verəcək.

“Biz Azərbaycan tərəfindən təkliflər almışıq və bunun üzərində dəyərləndirmələr edəcəyik”, - deyə Mirzoyan bildirib.

Digər Xəbərlər
Xəbər Lenti