“Bunlar getməsə…” - “Neftçi”sevərlərin sərt bəyanatına fərqli reaksiyalar gəldi

7 Dekabr 2022 16:40 Problem 1 053
“Bunlar getməsə…” - “Neftçi”sevərlərin sərt bəyanatına fərqli reaksiyalar gəldi

“Forza Neftçi” Premyer Liqa oyunlarından geri çəkilib.

“Neftçi”nin və ölkə futbolunun tanınmış azarkeş qruplarından olan dəstə bununla bağlı “feysbuk” səhifəsində bəyanat yayıb.

Bəyanatda səbəb kimi “Neftçi” – “Qarabağ” oyunundan əvvəl və oyun zamanı azarkeşlərə qarşı edilmiş haqsızlıqlar və fanatların həbsi göstərilib.

“Forzalılar” eyni haqsızlığın növbəti matçlarda özlərinə və digər azarkeş qruplarına qarşı ediləcəyindən ehtiyatlanaraq bu qərarı verib. ”Neftçi”lilər bununla da illərdir yaşıl meydanlarda və tribunalarda rəqib olduğu “Qarabağ”lılara dəstək nümayiş etdirmiş olub.

Yekunda Premyer Liqanın qarşıdakı 2 turunda Azərbaycanın bütün azarkeş qruplarının stadiona ayaq basmayacağı diqqətə çatdırılıb.

“Forza Neftçi”nin məlum bəyənatına xeyli sayda şərh yazılıb. Rəylər müxtəlifdir. Atılan addıma görə azarkeşləri dəstəkləyənlər də var, bu mövqeyin klub rəhbərliyinə qarşı nümayiş etdirilməməsinə görə qınayanlar da:

“Dəstəkləyirik. “Xəzər Lənkəran” Fan”.

“Əhsən! Sizə də belə mövqe yaraşar”.

“Hörmət etdiyim qrup olaraq bunu gözləyirdim sizdən”.

“Forza Neftçi”, etdiyiniz etirazda tam olaraq haqlısınız. Amma “Neftçi” rəhbərliyinin etdiyi haqsızlıqlara heç vaxt etirazınızı bildirmədiniz. “Bu rəhbərlik qalarsa, heç bir oyuna gəlməyəcəyik” deyə etiraz etdinizmi? Xeyr!”

“Bəli, haqlısınız. Bu rəhbərlik dəyişməsə, ciddi irəliləyiş olmasa, oyunları boykot etmək lazımdır. Qoy çıxış boş tribunalar qarşısında oynasınlar.

“İldə 30 oyun olur, onun 15-ni boykot edirsiniz”.

“Ağlınız olsa, heç getmərsiniz. Normal İdarə Heyəti gəlsin, sonra gedin”.

“Əhsən!”

“Neftçi” – “Qarabağ” qarşılaşmasından əvvəl və oyunun gedişində pirotexniki vasitələrdən istifadə edən 2 azarkeş polislər tərəfindən saxlanılıb. Hər birinə 8 sutka “iş kəsilib”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti