Azərbaycanlı məşhur futbolçunun restoranı və mağazası möhürləndi - İranda

5 Dekabr 2022 19:20 Problem 767
Azərbaycanlı məşhur futbolçunun restoranı və mağazası möhürləndi - İranda

İran millisinin Azərbaycan əsilli sabiq futbolçusu Əli Daeinin restoranı və zərgərlik mağazası möhürlənib.

Sportinfo.az "Azad İran"a istinadən xəbər verir ki, bu barədə yerli hökumət qərar çıxarıb.

53 yaşlı veteran hücumçu etirazçıların çağırışına dəstək olaraq mağazalarının 14 - 16 dekabrda bağlanacağını açıqlamışdı.

Əli Daei İranda baş verən hadisələrdə etirazçılarla həmrəy olduğunu bildirib və bu səbəbdən onun pasportu əlindən alınıb

. İran yığmasının əfsanəvi futbolçusu ölkədəki vəziyyətə görə Qətərdə keçirilən dünya çempionatına getmədiyini də açıqlamışdı. Daha sonra onun özü və ailəsi təhdid olunmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti