Koronavirusdan sonra yeni QORXUNC KABUS gəlir!

4 Dekabr 2022 12:50 Problem 284
Koronavirusdan sonra yeni QORXUNC KABUS gəlir!

Bu qış 6 uşağın ölümünə səbəb olan Strep A bakteriyası İngiltərənin yeni kabusuna çevrilib.

Demək olar ki, hər bir Britaniya qəzeti xəstəlik barədə xəbərdarlıq etsə də, mütəxəssislər yaxın həftələrdə vəziyyətin daha da pisləşəcəyindən qorxurlar.

İngiltərədə yaşayan 4 yaşlı Camila Rose Burns bazar ertəsi günü dostları ilə oyun oynayarkən bir anda gözünü xəstəxanada açıb. Hazırda Camila Rose Burns uşaq xəstəxanasında süni nəfəs aparatına bağlı həyat uğrunda mübarizə apararır.

Qızın atası Dean övladının şənbə günü sinə ağrısı və tənəffüs çətinliyindən əziyyət çəkməyə başladığını, halının pisləşdiyini və bazar ertəsi təcili yardıma aparıldığını söyləyib.

Yeni kâbus: Strep A İngilterede 6 çocuk hayatını kaybetti...

Məlum olub ki, kiçik qızı bu hala gətirən xəstəlik İngiltərənin yeni kabusuna çevrilən Strep A infeksiyasıdır. Qızının əvvəlcə çox da pis görünmədiyini, ona görə də çox narahat olmadığını izah edən ata vəziyyətin qısa zamanda dəyişdiyini deyib.

Camilanın qəfil halının pisləşdiyini izah edən ata, "O, çox narahat idi. Tibb bacıları bizi otaqdan çıxarıb yatdırdılar. O vaxtdan bəri süni nəfəs aparatındadır, onu sağ saxlayır",-deyə bildirib.

Baş verənləri "hər kəsin başına gələ biləcək ən pis şey" kimi xarakterizə edən ata, həyat yoldaşı Kaye ilə birlikdə qızlarının məktəbində yayılan bir virusdan xəbərdar olduqlarını da qeyd edib.

Yeni kâbus: Strep A İngilterede 6 çocuk hayatını kaybetti...

İngiltərəni təşvişə salan Strep A bakteriyası nədir, onun əlamətləri hansılardır?

İndiyə kimi İngiltərədə Strep A xəstəliyinə yoluxan altı uşaq ölüb.

Yoluxma halları koronavirusun yayılmasından əvvəlki dövrlə müqayisədə təxminən beş dəfə çoxdur. Mütəxəssislər yaxın həftələrdə bunun daha da pisləşəcəyindən qorxurlar.

Strep A, tibbdə "qrup A streptokok" olaraq da bilinir, boğaz ağrısı və tonzillit kimi infeksiyalara səbəb olan bir bakteriyadır.

Yoluxmuş insanların boğazına, tənəffüs yollarına və dərisinə yapışan bakteriyalar tez-tez yüngül infeksiyalara səbəb olur, lakin müstəsna hallarda həyati təhlükəsi olan revmatik xəstəliklərə səbəb ola bilər.

Altı çocuk Strep A hastalığı nedeniyle hayatını kaybetti: Strep A nedir,  belirtileri neler? Uzmanlar ailelerin dikkat etmesi gerekenleri sıraladı -  Yeni Şafak

STREP A bəzi insanlarda heç bir əlamət yaratmasa da, daha çox səpgi, boğaz ağrısı, əzələ ağrıları, yüksək hərarət, yorğunluq, qulaq infeksiyaları və dəri yaraları kimi əlamətlərlə özünü göstərir. Mütəxəssislər bu simptomların orta hesabla bir həftə davam etdiyini bildirirlər.

Xəstəliyə yoluxmuş insanlar daha çox başqalarına yoluxdururlar. Bakteriyalar digər insana asqırma və öskürək hissəcikləri, öpüş və dəri ilə təmas yolu ilə ötürülə bilər.

Mütəxəssislər xəstəliyin qarşısını almaq üçün öskürən və asqıran zaman əlləri tez-tez yumağı tövsiyə edir.

Məktəblərdə yayılmanın qarşısını almaq üçün uşaqların paltarları və oyuncaqları yuyulmalı, ümumi əşyalardan istifadənin qarşısı alınmalıdır.

Hal-hazırda xəstəliyə qarşı peyvənd olmasa da, infeksiyanı antibiotiklərlə müalicə etmək olar.

Digər Xəbərlər
Xəbər Lenti
28 Yanvar 13:40 Ramil Şeydayev seçildi
28 Yanvar 11:20 Bir az da güclənin!
28 Yanvar 03:20 "Bir də olmasın" - VİDEO