
DÇ-2022-nin qrup mərhələsinin Serbiya ilə matçında (2:0) zədələnən Neymarın 1/8 final mərhələsində oynayıb-oynamayacağı bilinmir.
Sportinfo.az xəbər verir ki, Braziliya millisinin hücumçusu hələ topla məşqlərə başlamayıb.
Yığmanın həkiminin bildirdiyinə görə, 30 yaşlı futbolçu bu gün kollektivlə məşqlərə qoşulmalıdır. Neymarın Cənubi Koreya ilə 1/8 final matçında hazır olma ehtimalı var.
Braziliyanın digər zədəli futbolçusu Aleks Sandro isə artıq kollektivlə hazırlıq prosesinə qoşulub. Onun Cənubi Koreya ilə oyunda meydana çıxması gözlənilir.
Braziliya - Cənubi Koreya qarşılaşması 5 dekabr tarixində Bakı vaxtilə saat 23:00-da baş tutacaq.