“Ayrılmaq istədi, biz də bunu qəbul etdik - "Nizam-intizam vacibdir"

29 Noyabr 2022 01:40 Problem 554
“Ayrılmaq istədi, biz də bunu qəbul etdik - "Nizam-intizam vacibdir"

"İnter"in qapıçısı Andre Onana Kamerun millisinin heyətindən kənarlaşdırılıb.

Sportinfo.az xəbər verir ki, yığmanın baş məşqçisi Riqober Sonq DÇ-2022-nin Serbiya ilə matçından (3:3) sonra açıqlama verib.

O, 26 yaşlı qolkiperin intizamsızlığa görə heyətdən kənarda qaldığını deyib:

"Komandaya bir oyunçudan daha çox önəm verirəm. Onana ayrılmaq istədi və biz də bunu qəbul etdik.

Heyətdə birlikdə çalışan 26 futbolçu var. Nizam-intizam və hörmət vacibdir. Bunu sübut etmək üçün buradayıq. Onana möhtəşəm qapıçıdır, amma biz komandaya köklənirik".

Digər Xəbərlər
Xəbər Lenti