“Görüşüb söhbət elədik, orada ciddi nəsə baş verməyib” - VİDEO

8 Noyabr 2022 19:00 Problem 729
“Görüşüb söhbət elədik, orada ciddi nəsə baş verməyib” - VİDEO

“Bu etiraz emosionallığın nəticəsi idi, komandadan qələbə gözləyirdilər”.

“Turan Tovuz”un idman direktoru Nadir Nəbiyev Sportinfo.az-a açıqlamasında Premyer Liqanın 13-cü turun “çamaxı” ilə keçirilən matçından sonar yaşanan hadisəyə belə münasibət bildirib.

Problem ondadır ki, bir qrup yerli fanat 1:3 hesablı məğlubiyyətə sərt təpki göstərib, hətta komandanın bəzi futbolçularının ünvanına qeyri-etik ifadələr işlədib.

Müsahib anlaşılmazlığın artıq aradan qalxdığını bildirib:

“Futbolda hər cür nəticəni gözləmək lazımdır. Burada qələbə də var, məğlubiyyət də.

Oyunun ertəsi gün bəzi azarkeşlərlə görüşüb söhbət elədik. Əslində, orada ciddi nəsə baş verməyib.

Oyunun nəticəsinə görə bir az səbrlərini cilovlaya bilməmişdilər. İndi hər şey qaydasındadır”.

VİDEONU BU LƏNKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti