“Qarabağ” Avropa Liqasında “Nant” səfərindən məğlub ayrıldı.
Bu matçda bərabərə qalsaydılar, pley-off mərhələsinə vəsiqəni təmin edəcəkdilər.
Heç-heçənin kifayət edəcəyi oyunda Şahruddin Məhəmmədəliyev yenə “gündəm”ə düşməyi ”bacardı”.
Oyunun 16-cı dəqiqəsində etdiyi “detskiy” səhv nəticəsində “Qarabağ” qapısında ilk qolu gördü. Ümumiyyətlə, bu, Şahruddinin ilk səhvi deyil.
”Şahruddin əla seyvlər edir” deyənlər də var, düzdür. Amma qapıçının işi top çıxarmaqdır da, topu qapıya salmaq deyil ki…
Şahruddin yaxşı oyunlar keçirib, amma bu, o demək deyil ki, səhvi olanda göz yumulmalıdır. O halda göz yummaq olar ki, səhvlər az hallarda olur və ya nəticəyə təsir göstərmir.
Düzdür, səhv etmək normal haldır, lakin hər dəfə səhvə yol verib ört-basdır etmək mənim fikrimcə, normal hal deyil.
Səhvlər olduqda, onun üstündə işləyib, bir daha həmin xətanı etməməyə çalışmaq lazımdır.
Edilən kobud səhvlərdən birinin nəticəsində “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya”ya məğlub olaraq, Avropa Liqasına düşdü, indi isə…
Nihat KƏRİMLİ
Oxucu Sportinfo.az-a yazır

