"Neftçi"nin avtobusu Sumqayıt yolunda tıxaca düşdü - Oyun 30 dəqiqə gec başlayacaq

5 Noyabr 2022 19:00 Problem 573
"Neftçi"nin avtobusu Sumqayıt yolunda tıxaca düşdü - Oyun 30 dəqiqə gec başlayacaq

Azərbaycan Premyer Liqasının XIII turunun "Sumqayıt" - "Neftçi" matçı əvvəlcədən nəzərdə tutulduğu kimi 19:00-da başlamaycaq.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb qonaq komandanın yollarda yaranmış böyük tıxac üzündən stadiona oyun günü planına uyğun çata bilməməsidir.

Bununla bağlı AFFA nümayəndəsinin rəhbərliyi ilə fors-major iclas çağırılıb və Əsasnamə rəhbər tutularaq, görüşün 30 dəqiqə gec başlamasına qərar verilib.

Qarşılaşma 19:30-dan etibarən "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti