Sabah Premyer Liqada 13-cü tur start götürəcək.
Hesabat həftəsinin ilk oyun günündə «Turan Tovuz» - «Şamaxı» matçı keçiriləcək.
Ev sahibləri autsayderlə görüşdən öncə ciddi problemlərlə üzləşib. Ötən tur «Sumqayıt»a 1:0 hesabıyla qalib gəlsələr də, bəzi futbolçularını zədələnməsi Ayxan Abbasovun «kefinə soğan doğrayıb».
Belə ki, Natan Oduva və Cavid Tağıyev əzələ dartınması səbəbindən qarşıdakı matçı kənardan izləyəcək. Həkim müayinəsi daha 2 oyunçuda problem aşkarlayıb.
Ben-Aziz Dao dizindəki, Ehtiram Şahverdiyv belindəki ağrılar üzündən «Şamaxı» ilə mücadilədə forma geyinməyəcək.
SPORTİNFO.AZ

