Soçi görüşü barədə MARAQLI AÇIQLAMA: “Ermənistan son ana qədər təkid etdi”

2 Noyabr 2022 02:20 Problem 1 005
Soçi görüşü barədə MARAQLI AÇIQLAMA: “Ermənistan son ana qədər təkid etdi”

Ermənistan baş naziri Nikol Paşinyanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Soçidə keçirilən üçtərəfli görüşü ilə bağlı maraqlı açıqlama verib.

O, bu barədə yerli “civilnet.am” saytına müsahibəsində danışıb.

“Ermənistan sona qədər sənəddə “Dağlıq Qarabağ” ifadəsinin salınmasında israr etdi, lakin Azərbaycan bununla razılaşmadı”, - Marukyan “bəyanatda Dağlıq Qarabağa dair heç bir qeydin olmadığı” ilə bağlı tənqidlərə bu sözlərlə münasibət bildirib.

Bununla bərabər erməni siyasətçi bəyanatda Praqada razılaşmaların təsdiqləndiyi ilə bağlı müddəanı erməni tərəfinin nailiyyəti adlandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!