“Münaqişəni başa çatdırmaq lazımdır" - Putin Qarabağdan danışdı

31 Oktyabr 2022 18:30 Problem 872
“Münaqişəni başa çatdırmaq lazımdır" - Putin Qarabağdan danışdı

“Münaqişə onilliklərdir davam edir və onu hər hansı şəkildə başa çatdırmaq lazımdır”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə deyib.

Onun sözlərinə görə, Rusiya bunu dəstəkləyir: “İrəli getməyimizə imkan verəcək əsas məqamları tapmaq lazımdır”.

Putin Soçidəki danışıqların cari vəziyyəti müzakirə etmək üçün daha bir imkan olacağına ümid etdiyini qeyd edib:

“Zənnimcə, hazırda ən vacibi sülhə nail olmaq və iqtisadi inkişaf üçün şərait yaratmaqdır. Ümid edirəm ki, bu gün baş tutacaq görüşün yekununda irəli addım atmağa nail olacağıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti