"Ermənistan indi barıt çəlləyinin üstündə oturub"

31 Oktyabr 2022 15:30 Problem 490
"Ermənistan indi barıt çəlləyinin üstündə oturub"

Ermənistan barıt çəlləyinin üstündə oturub. Putinin çıxışı daha çox “Artsax”la deyil, Ermənistanla bağlı idi.

Bu barədə “Alternativ layihələr” qrupunun üzvü Vaqe Ovannisyan öz məqaləsində yazıb.

“Putinin bəyanatlarından sonra biz yeni mərhələyə qədəm qoyduq. Reallığı mümkün qədər praqmatik olaraq dərk etmək lazımdır” – deyə Ovannisyan bildirib.

Erməni siyasətçi bildirib ki, baş nazir Nikol Paşinyanın hər şey haqqında əla təsəvvürü var. Lakin insanların böyük əksəriyyəti vəziyyəti başa düşmür.

“Bu, normaldır, Ukrayna xalqı da başa düşmədi. Fevralın 23-dək açıq mətnlərdə deyilənlərə qulaq asmadı. İnsanlar adətən faktla qarşılaşana qədər vəziyyəti anlamırlar. Bundan sonra 10 milyondan çox insan didərgin düşdü, minlərlə yaşayış məntəqəsi, şəhərlər, ailələr, talelər dağıdıldı” – deyə Ovannisyan fikrini bitirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti