“Azərbaycan delimitasiya və demarkasiya prosesini başa çatdırıb”

29 Oktyabr 2022 12:10 Problem 546
“Azərbaycan delimitasiya və demarkasiya prosesini başa çatdırıb”

Azərbaycan 2021-ci ilin may və noyabr aylarında, eləcə də 2022-ci ilin sentyabrındakı hadisələr ilə təsəvvür edə biləcəyimizdən də böyük problemi həll etməyə çalışır.

Bu barədə Ermənistan parlamentinin “Şərəf duyuram” fraksiyasının katibi Tiqran Abramyan bu gün keçirilən mətbuat konfransında bildirib.

“Azərbaycan Ermənistanı həyat qabiliyyətindən məhrum etməyə çalışır. Təbii ki, ərazi itkilərinin qeydə alınması çox vacibdir, lakin Azərbaycanın əsas məqsədi təkcə yaşayış məntəqələri deyil.

Azərbaycanın məqsədi Ermənistanı sadəcə olaraq həyat qabiliyyətindən, yəni normal mübarizə aparmaq imkanından məhrum etmək üçün kritik obyektlər və kommunikasiyalar üzərində belə nəzarət yaratmaqdır”, - Tiqran Abramyan bildirib.

Deputatın sözlərinə görə, Azərbaycan faktiki olaraq özü üçün delimitasiya və demarkasiya prosesini tam başa çatdırıb.

“Bundan başqa, mövcud vəziyyət gələcəkdə Ermənistan üçün yeni problemlər yaradacaq. Azərbaycan geniş ərazilərdə yerləşərək bir neçə onilliklər kontekstində əsas vəzifəsini həll edib”, - deyə Tiqran Abramyan bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti