"VAR futbola zərər verir, həm də çox" - Tanınmış məşqçi gileyləndi

28 Oktyabr 2022 00:00 Problem 643
"VAR futbola zərər verir, həm də çox" - Tanınmış məşqçi gileyləndi

"Tottenhem" Çempionlar Liqası qrup mərhələsinin beşinci turunda doğma meydanda "Sportinq"lə 1:1 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, qarşılaşmadan sonra açıqlama verən London təmsilçisinin baş məşqçisi Antonio Konte VAR sistemini tənqid edib.

İtaliyalı mütəxəssis Harri Keynin 90+5-ci dəqiqədə ləğv olunan qolu zamanı ofsayd xəttinin düzgün çəkilmədiyini deyib:

"Top Harri Keynin önündə idi və qol oldu. Çəkdikləri xətti anlaya bilmirəm.

Bu qərar haqda fikir bildirmək həqiqətən də çox çətindir. VAR futbola zərər verir, həm də çox".

VAR-ın qərarı ilə qol ləğv olunduqdan sonra Antonio Konte sərt etiraz etmiş və qırmızı vərəqə ilə meydandan qovulmuşdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti