AFFA nümayəndəsi "Qarabağ"ın oyununda nə gördü, nə yazdı?

16 Avqust 2022 20:40 Problem 1 182
AFFA nümayəndəsi "Qarabağ"ın oyununda nə gördü, nə yazdı?

Azərbaycan Premyer Liqasında ikinci turun ən çox azarkeş izdihamı yaşanan matçının "Sumqayıt" - "Qarabağ" qarşılaşması olduğunu əminliklə demək olar.

Daha əvvəl də xəbər verdiyimiz kimi, Sumqayıtdakı matçda tribunalar və meydanın hasara alınmış digər tərəfləri də azarkeşlə dolu olduğu üçün stadionun giriş qapısı start fitindən bir neçə dəqiqə sonra polislər tərəfindən fanatların üzünə bağlanmalı olmuşdu.

Bu səbəbdən ən azı 1000-ə yaxın azarkeş qarşılaşmaya baxmaqdan məhrum oldu.

Amma nədənsə matçın protokoluna görüşün AFFA nümayəndəsi Məmmədəli Məmmədov oyunu cəmi 1320 azarkeşin izlədiyini yazıb.

Stadionun elə tutumu 1517 nəfərdir.

AFFA rəsmisi özünün də olduğu tribunların dolduğunu, hətta çox sayda azarkeşin pilləkənlərdə, arakəsmələrdə dayandığını görməyə bilməzdi.

Hələ üzbəüz tərəfdə, qapı arxasında ayaq üstə dayanan yüzlərlə azarkeşi demirəm.

Oyuna bilet satışı da təşkil olunmayıb. Yəni say təxmini hesablamanın məhsuludur. Belə olan halda ən azı stadionun tutumu sayda azarkeşin oyunda olması mütləq protokola yazılmalıydı.

Maraqlıdır, bəs Məmmədli bəy niyə gördüyünü yox, ağlına gələn sayı yazıb?

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!