Müharibədən saatlar öncə Putin və Makron nə danışıb?

27 İyun 2022 14:30 Problem 858
Müharibədən saatlar öncə Putin və Makron nə danışıb?

Ukraynaya işğalçı hücumdan bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putinin Fransa lideri Emmanuel Makronla telefon danışığı olub.

Rusiya lideri Vladimir Zelenskini Minsk razılaşmalarına əməl etməməkdə, fransalı həmkarını isə onlara dəstək verməyə cəhddə ittiham edib.

Bu barədə "Frans 2" telekanalının Makronla Putinin fevralın 24-ü ərəfəsində sonuncu telefon danışığından bəhs edən filmində deyilir.

Məlumata görə, söhbət Makronun təşəbbüsü ilə baş tutub və o, Putindən vəziyyəti qiymətləndirməyə və bəlkə də onun niyyətinin nə olduğunu birbaşa deməyi istəyib.

"Mən nə deyə bilərəm? Baş verənləri özünüz görürsünüz. Əslində, bizim əziz həmkarımız cənab Zelenski heç bir iş görmür (Minsk razılaşmalarını həyata keçirmək üçün - red.). O, sizə yalan danışır", - deyə Rusiya prezidenti cavab verib.

Putin, həmçinin, Makronu Minsk razılaşmalarına yenidən baxmaq cəhdində ittiham edib və ondan özünü “lxr” elan edən separatçıların “sülh təkliflərini” nəzərə almağı tələb edib.

Daha sonra Fransa prezidenti separatçıların təkliflərinə əhəmiyyət vermədiyini və Putinə Ukraynadakı konfliktin bütün tərəflərinin iştirakı ilə görüş təklif edib. "Mən bunu dərhal Zelenskidən tələb edəcəm", - Makron qeyd edib.

Sonda Makron vəziyyəti gərginləşdirməmək üçün Putini ABŞ Prezidenti Co Baydenlə görüşə razı salmağa çalışıb. Rusiya prezidenti buna könülsüz reaksiya verib, amma yenə də “prinsipcə razılaşıb”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!