Bu hücumçu Azərbaycanla oyunda meydana çıxmayacaq

21 May 2022 13:40 Problem 959
Bu hücumçu Azərbaycanla oyunda meydana çıxmayacaq

UEFA Millətlər Liqasının C Divizionun ilk turunda Azərbaycanı qəbul edəcək Qazaxıstan yığmasının heyətində növbəti dəyişiklik olub.

Sportinfo.az xəbər verir ki, "Tobol"un futbolçusu Aybar Jaksılıkov dizindəki zədə səbəbindən heyətdən çıxarılıb.

25 yaşlı hücumçunu Rusiya "Rotor"unun forvardı Aleksey Şetkin əvəzləyəcək.

İyunun 3-də paytaxt Nur-Sultandakı "Astana Arena"da oynanılacaq Qazaxıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır