Putin: "Biz Qarabağda qan tökülməsini dayandırmışıq"

28 Yanvar 2021 09:30 Problem 1 096
Putin: "Biz Qarabağda qan tökülməsini dayandırmışıq"

“Biz hökumətlər olaraq birlikdə problemlərə reaksiya verməliyik. Bu, regional münaqişələrin həllinə töhfə verməyə, müttəfiqliklər qurmağa, enerji dəhlizlərinin yaradılmasına, nəqliyyata və digər məsələlərə töhfə verə bilər. Yəni, bu hər kəsin xeyrinə olar”.

Sportinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Davos İqtisadi Forumunda videokonfrans formatında çıxışı zamanı deyib.

O bildirib ki, birgə səylərin göstərilməsi üçün böyük potensial mövcuddur: “Çoxtərəfli yanaşma müsbət nəticələr verir. Nümunə olaraq Astana platformasını göstərmək olar.

Rusiya Suriyada vəziyyətin stabilləşməsi üçün Türkiyə və İranla birlikdə səylər göstərib. Suriyada siyasi dialoqun qurulması üçün səylər göstərmişik”.

V. Putin qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində hərbi əməliyyatların dayandırılması üçün də Rusiya vasitəçi kimi səylər göstərib və bu, kifayət qədər uğurlu olub:

“Azərbaycan və erməni xalqları Rusiyaya yaxın xalqlardır. Biz onlara kömək etmək istəyirik. Yenidən vurğulayım ki, biz bu münaqişədə əsas format olan ATƏT-in Minsk Qrupu formatını izlədik.

Bu formatda 3 ölkə var. Bu geniş əməkdaşlıq üçün gözəl modeldir. Noyabrda Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanat imzalandı. Bu bəyanatın böyük hissəsi reallaşdırılıb.

Biz qan tökülməsini dayandırmışıq. Bu, ən vacib nəticədir. Biz döyüşlərin dayandırılmasına və stabilliyə nail olduq. Artıq bu ölkələr normal vəziyyətinə dönür.

Hazırda bu ölkələrin humanitar yardıma ehtiyacı var. Evlərini tərk etmiş insanlar geri qayıtmalı, infrastruktur bərpa olunmalı və s. işlər görülməlidir”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı