Azərbaycanda vaksinasiya davam edir: COVID-19-un “ömrünə” çox qalmayıb

24 Yanvar 2021 09:10 Problem 960
Azərbaycanda vaksinasiya davam edir: COVID-19-un “ömrünə” çox qalmayıb

Yanvarın 18-də Azərbaycanda COVID-19-a qarşı vaksinasiya prosesinə start verilib.

Artıq Bakı ilə bərabər ölkənin bir çox şəhər və rayonlarında vaksinasiya prosesi başlayıb.

Məsələn, Gəncədə bu məqsədlə 5 səhiyyə müəssisəsində yaradılan vaksin otaqlarında infeksiyaya qarşı kütləvi peyvənd aksiyası həyata keçirilib.

İlkin olaraq tibb işçilərindən başlanılıb. İlkin mərhələdə 100-ə yaxın səhiyyə işçisi vaksin olunub. Qəbul edilən vaksinlə bağlı tibb işçiləri arasında hər hansı bir narahatlıq olmayıb.

Gəncə şəhərinə 300 dozada vaksin gətirilib və peyvəndlənən hər bir şəxsə növbəti vaksinasiyaya qədər xüsusi pasport verilir. Gəncədə 5 səhiyyə ocağının hər birində 2 peyvənd, 2 fosfaksinal aparatı və 1 şok əleyhinə otaq yaradılıb. Vaksin otaqları peyvənd saxlama üçün soyuducu və dərman ləvazimatları ilə təmin edilib.

Məlum olduğu kimi Azərbaycanda Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə edilir. Hələ ki, növbəti aylarda digər vaksinin ölkəyə gətirilib-gətirilməyəcəyi ilə bağlı məlumat açıqlanmayıb. Onu da deyək ki, bu vaksin artıq Türkiyədə 1 milyondan çox tibb işçisinə vurulub və açıqlanan məlumata görə, hər hansı əlavə yan təsirlər, fəsadlar müşahidə edilməyib. Ona görə də mütəxəssislər hesab edirlər ki, Azərbaycanda tətbiq edilən vaksin sınaqlardan keçib və etibarlı hesab edilir.

Braziliya alimləri: Çinin Sinovac Biotech şirkətinin hazırladığı peyvənd  effektivdir

Dünyada hazırda mütəxəssislər koronavirusun mutasiyaya məruz qalan ştammı üzərində yoxlamalar aparırlar. Bu ştammı dünyada geniş yayılmasa da, yox da deyil. Xüsusilə də İngiltərədə bu ştammın geniş yayıldığı bildirilir. TƏBİB sədri Ramin Bayramlının sözlərinə görə, koronavirusun mutasiyaya məruz qalan növünə hələ Azərbaycanda rast gəlinməyib. TƏBİB sədri qeyd edib ki, vaksin virusun bu ştammına qarşı da təsirlidir: “Azərbaycana gələn bütün şəxslərin COVID-19 testindən keçirilməsi koronavirusun mutant ştamlarının ölkəmizə girişinin qarşısını əhəmiyyətli dərəcədə alıb. Əgər belə hal aşkarlanarsa əlavə tədbirlər görüləcək və bu barədə ictimaiyyət məlumatlandırılacaq”.

R.Bayramlı həmçinin vətəndaşları sosial şəbəkələrdə TƏBİB adından yayılan yalan məlumatlara inanmamağa çağırıb: “Yalnız rəsmi məlumatlara etibar etsinlər. Səhiyyə işçiləri üçün vaksin tunel ucunda görünən işıq kimidir və hər kəsi vaksinasiya olunmağa dəvət edirəm”.

R.Bayramlı: Özəl qurumlara tövsiyə edirik ki, sabah iş saatının 14:00-da  bitməsi məsələsinə baxsınlar - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

Bəs bu peyvənd koronavirusun axırına çıxacaqmı?

Əvvəlcə qeyd edək ki, peyvəndlər temperatur və zərbə kimi, ola biləcək kənar təsirlər hesablanaraq paketlənir. Bu səbəbdən peyvənd ampulaları istiliyə davamlı şüşələrdən seçilir. Peyvəndləri təhlükəsiz və soyuq şəraitdə saxlamaq lazımdır. Hər bir peyvəndin özünün də saxlanma şərtləri var. Bəzi COVID-19 peyvəndləri -20, bəziləri -70 dərəcə saxlanma şərtləri tələb edir.

“CoronaVac” vaksininin saxlama temperaturu sadədir, 2-8 dərəcə selsidə 3 ilə qədər saxlamaq mümkündür. Vaksinin Türkiyədəki klinik sınaq nəticələrinə əsasən onun virusla mübarizədə 91,25 faiz effektiv olduğu müəyyən edilib. İnaktiv üsula görə hazırlanan bu peyvənddə yoluxucu xüsusiyyətini itirmiş virus bədənə verilir və bədənin xəstəlikdən immunitet qazanması hədəflənir.

Bu barədə AztV-nin efirində danışan Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən COVID-19-la mübarizə işçi qrupunun üzvü Günay Quluzadə bildirib ki, “SinoVac” vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanır: “Yüksək qoruyuculuq və uğurlu sınaq nəticələri var. Saxlanma şəraiti, çatdırılma və tətbiq şərtləri, ”soyuq zəncir" sistemi tələbi əlverişlidir. Ölkəmizdə illər boyu mövcud olan infrastruktur imkan verir ki, bu vaksinləri ölkənin ən ucqar nöqtəsinə çatdırıb tətbiq edək.

Səhiyyə Nazirliyindən vaksinasiya ilə bağlı məlumat | Report.az

Günay Quluzadə

Xəstəliyə yoluxub sağalmış insanların yaranmış anticismləri uzun müddət yaşama qabiliyyətinə malik deyil. Yaranmış anticismlər xəstəliyi keçirən insanların orqanizmində eyni müddətdə qalmır. Anticisimlərin yaşama müddəti xəstəliyi keçirmə ağırlığından asılıdır. Bu səbəbdən peyvəndlər daha güclü immunsistemi yaradacaq və vaksinasiya hər kəs üçün daha güvənli yol kimi nəzərdə tutulur.

Vaksinasiyadan keçmiş insanlar maska taxmağa davam edəcəkmi?

Mütəxəssislərə görə, peyvənd olunduqdan sonra da maska və sosial məsafə qaydaları öz qüvvəsində qalmağa davam edəcək. Çünki vaksinlər ilk dozada öz təsirini dərhal göstərməyə bilər. Yoluxmamaq və virusu yaymamaq üçün gigiyena qaydalarına bir müddət daha əməl olunacaq. Mütəxəssislər hesab edir ki, COVID-19 peyvəndi pandemiya ilə mübarizədə çox önəmli təsirə malikdir, ancaq normal həyata dönüş üçün bir qədər daha zamana ehtiyac olacaq.

Bəs hazırda dünyada vəziyyət necədir?

Bu materialı hazırlayan zaman dünyada koronavirusa yoluxanların ümumi sayın 98 milyon 180 min 233 nəfərdir. Dünyada indiyə qədər 2 milyon 102 min 588 nəfər koronavirus səbəbindən dünyasını dəyişib. Bu virusa qarşı müalicə alaraq sağalanların sayı isə 70 milyon 584 min 13 nəfərdir. Son sutkada dünyada 665 min 9 nəfər koronavirusa yoluxub. 16 min 649 nəfər isə bu virus səbəbindən dünyasını dəyişib. Yəni statistikaya görə, koronavirusa yoluxanların sayında əvvəlki həftələrlə müqayisədə bir qədər azalma müşahidə edilsə də, ölüm halları pik həddə çatıb.

Əli RAİS

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı