Premyer Liqanın ən gənc və "qoca" komandası

26 Oktyabr 2020 13:12 Premyerliqa 729
Premyer Liqanın ən gənc və "qoca" komandası

Azərbaycan Premyer Liqasında çıxış edən komandaların orta yaş həddi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) araşdırma aparıb.

Çempionatın ilk 6 turunun oyunları nəzərə alınmaqla, ən gənc kollektiv "Sumqayıt"dır .

"Gənclik şəhəri" təmsilçisinin orta yaş həddi 25,6 olub. "Zirə" (25,9) ikinci, "Qəbələ" (26,3) isə üçüncüdür. Növbəti sıralarda "Səbail" (26,3), "Neftçi" (26,4), "Qarabağ" (27), "Keşlə" (27,5), və "Sabah" (27,6) qərarlaşıb.

Böyük "5-lik" çempionatlarında ən yaxşı göstərici İtaliya "Milan"ına məxsusdur - 24.5. Dünyanın ən gənc kollektivi isə Latviyanın “Metta” klubu olub – 20,7.

Azərbaycan Premyer Liqasının V turundakı "Qarabağ" - "Səbail" matçı təxirə salınıb və bu səbəbdən hər iki komandanın nəticələri 5 oyuna əsasən hesablanıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"