“Qəbələ” və “Sumqayıt”dan pul qazanmaq olar? - Bu gün

19 Sentyabr 2020 16:28 Premyerliqa 1 250
“Qəbələ” və “Sumqayıt”dan pul qazanmaq olar? - Bu gün

Azərbaycan Premyer Liqasının III turu çərçivəsində bu gün keçiriləcək oyunların əmsalları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bukmeker kontorları “Qəbələ” – “Keşlə” və “Sumqayıt” – “Səbail” matçlarında favoritləri müəyyənləşdirib.

Qəbələdə baş tutacaq qarşılaşmada meydan sahiblərinin qələbəsi 2,55, qonaqların qalib gəlməsi 2,61 əmsaldır. Matçda heç-heçəyə 3,30 əmsal verilib.

Sumqayıtda da meydan sahibləri daha şanslıdır. “Sumqayıt”ın qələbəsi 1,97, “Səbail”in üç xal əldə etməsi 3,50 əmsalla dəyərləndirilir. Bu görüşdəki heç-heçə 3,50-yə bərabərdir.

“Qəbələ” – “Keşlə” oyunu 17:00-da, “Sumqayıt” – “Səbail” qarşılaşması 19:15-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti