“Qarabağ”, “Neftçi”, “Keşlə”: Bizi məyus edən tapılmayıb

26 Mart 2020 13:26 Premyerliqa 523
“Qarabağ”, “Neftçi”, “Keşlə”: Bizi məyus edən tapılmayıb

Azərbaycan Premyer Liqasının arxada qalan 20 turunda 15 böyükhesablı nəticə qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, meydan sahibləri 10, qonaqlar 5 dəfə üç və ya daha çox top fərqilə qalib gəlməyi bacarıb.

Ölkənin ən titullu klubu “Neftçi” bu göstəricidə mövsümün rekordçusudur. Bakılılar 4 darmadağına imza atıb. “Qarabağ”la “Qəbələ”nin hərəsi üç belə qələbə qazanıb. “Keşlə” iki, “Sabah”, “Səbail” və “Zirə” hərəyə bir dəfə böyük hesabla qalib gəlib. “Sumqayıt” isə hələ də belə uğura həsrətdir.

Ən çox darmadağın olan komandalar isə “Səbail”, “Qəbələ” və “Zirə”dir. Onların hərəsi 4 dəfə meydandan başıaşağı ayrılıb. “Sumqayıt” 2, “Sabah” 1 dəfə üzülüb. Çempionatın üç lideri – “Qarabağ”, “Neftçi” və “Keşlə”ni isə belə məyus edən tapılmayıb.

3 qələbə və 4 məğlubiyyəti olan “Qəbələ”nin oyunlarında daha çox – 7 dəfə belə fərq qeydə alınıb. Mövsümün ən böyükhesablı qələbəsinə səfərdə “Zirə”nin qapısından 6 top keçirən “Qarabağ” imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı