UEFA Azərbaycan futboluna PİS QİYMƏT VERDİ

19 Yanvar 2020 21:55 Premyerliqa 1 548
UEFA Azərbaycan futboluna PİS QİYMƏT VERDİ

UEFA-ya üzv ölkələrin "Fair Play" reytinqləri açıqlanıb.

Sportinfo.az xəbər verir ki, qitə futbol qurumu 2018/19 mövsümünün nəticələrinə əsasən üç müxtəlif göstəricidə ölkələrin cədvəlini tərtib edib.

Ümumi "Fair Play" reytinqinin qalibi adına Finlandiya yiyələnib. Bu ölkənin komandaları mövsümün 76 matçına əssən 8,686 xal toplayıb.

Hesabında 58 qarşılaşma olan Gürcüstan 8,540 xalla 2-ci, təmsilçiləri 104 görüşə çıxan Norveç 8,525 xalla 3-cü olub. Azərbaycan komandaları 61 beynəlxalq oyun keçiriblər. 8.113 xala malik ölkəmiz 33-cü yerdədir.

Tamaşaçılar üzrə Feyr-Pley reytinqində Farer adaları qalib olub – 46 oyunda 8,850 xal. Norveç (104 oyun, 8,822 xal) 2-ci, İslandiya (64 oyun, 8,782 xal) 3-cü yeri tutub. 41 qarşılaşma üçün 7,782 xala malik Azərbaycan isə yalnız 40-cıdır.

UEFA-nın Feyr-Pley reytinqində İnkişaf cədvəlinin qalibi adını Gürcüstan qazanıb. 2017/18 mövsümündə 7,913, 2018/19 mövsümündə 8,540 xala malik qonşularımız hamıdan çox – 0,627 xallıq artım əldə edərək 1-ci olublar.

Andorra 0,623 ilə ikinci, Litva 0,448 xalla 3-cüdür. Azərbaycan artıma nail olan 26 ölkə sırasındadır. 2017/18 mövsümündəki 8,100-dən 2018/19 mövsümündə 8,113-ə yüksələn ölkəmizin inkişafı 0,013-ə bərabər olub.

Azərbaycan bu göstəricidə 22-cidir. Qalib ölkələr – Finlandiya, Farer adaları və Gürcüstan hərəyə 50 min avro mükafat alıb (apasport.az).

UEFA-nın siyahılarında quruma üzv olan 52 ölkə yer alıb. Təmsilçiləri zəruri olan oyun sayından az matç keçirən Lixtenşteyn, San-Marino və Cəbəllütariq isə sıralamadan kənarda göstərilib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!