Ayxan Abbasov: "Asan epizodları qoyub, çətinlərini dəyərləndiririk"

10 Noyabr 2019 18:55 Premyerliqa 512
Ayxan Abbasov: "Asan epizodları qoyub, çətinlərini dəyərləndiririk"

Azərbaycan Premyer Liqasının 11-ci turunun "Sabah"-"Sumqayıt" (1:3) qarşılaşmasından sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sportinfo.az xəbər verir ki, Abbasovun matç haqda ümumi fikirləri belə olub:

"Sabah"la qarşılaşma bizim üçün çox vacib idi. Turnir cədvəlində yerimizi dəyişə - ya yuxarı qalxa, ya da aşağı düşə bilərdik. İstəyirdik ki, motivasiyamızı saxlayaq. İlk hissədə komandada rahatlıq vardı. Ancaq 2-ci hissə fərqli oldu. 90 dəqiqə belə oynamaq çətindi. Belə tempdə oynamağı davam etdirə bilsək, nəticə də gələcək. Rəqibi düzgün təhlil etmişdik. İlk 20 dəqiqədə qol vurmalıydıq. Rəqibin ən güclü silahı əks-hücumlar idi və bundan da istifadə edib qol vurdular. İkinci hissədə nələrisə dəyişməliydik və bu, reallaşdı. İstədiyimiz "Sumqayıt"ı gördük. Çempionatda gücümüz nəyə çatacaq, mübarizə aparacağıq. Çempionatın əvvəlində qol imkanlarımız çox az olurdu. Bu gün sevindirici haldı ki, hər oyun qol imkanları yarada bilirik, ancaq sonluq çatmır. Bu da futbolçuların ustalığından irəli gəlir. Asan epizodları dəyərləndirə bilmirik, çətini dəyərləndiririk".

Xəbər Lenti