"Qarabağ" derbidə "Neftçi"yə göz açdırmadı, “Şamaxı” uddu

26 Aprel 20:53 Premyerliqa 946
"Qarabağ" derbidə "Neftçi"yə göz açdırmadı, “Şamaxı” uddu

Misli Premyer Liqasında 29-cu tur davam edir.

Sportinfo.az xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar artıq başa çatıb.

Əvvəlcə "Şamaxı" öz meydanında "Kəpəz"lə qarşılaşıb. Matç Ayxan Abbasovun komandasının qələbəsi ilə başa çatıb.

Bu komandaların ilk dövrədəki oyununda "Kəpəz" (4:1), 2-ci dövrənin matçında isə "Şamaxı" (2:0) qalib gəlib.

Günün ikinci matçında isə "Neftçi" əzəli rəqibi "Qarabağ"ı qəbul edib. Azərbaycan derbisi Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandaların ilk dövrədəki oyununda "Qarabağ" 2:0 hesablı qələbə qazanıb. İkinci dövrənin matçı isə təxirə salınıb və aprelin 30-da keçiriləcək.

Tura aprelin 27-də yekun vurulacaq. Ötən gün "Sumqayıt" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Qəbələ" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib - 1:1.

"Şamaxı" – "Kəpəz" 2:0

Qollar: Rikardo Apolinario, 68, Andrey Tirkoveanu, 75

Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Kamran Əliyev
VAR: Emin Əliyev
AVAR: İnqilab Məmmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Şamaxı şəhər stadionu, 16:00

"Şamaxı": 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 9. Karim Rossi 10. Andrey Tirkoveanu 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 7. Edqar Adilxanov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 88. Rodriqo Fernandeş 19. Abdullahi Şuaybu 8. Alfons Msanqa

Baş məşqçi: Ayxan Abbasov

“Kəpəz” 33. Yusif İmanov 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 88. Şakir Seyidov 11. Rəhman Hacıyev 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 14. Adama Fofana 4. Mate Abuladze 10. Ryonosuke Ohori

Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 7. Ehtiram Şahverdiyev 99. Əli Səmədov 17. Ümid Səmədov 20. Elcan Əbilov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 6. Camal Cəfərov 80. Şahnur İsmayılov 57. Amur Yusifov 83. Raul İsaqov

Baş məşqçi: Azər Bağırov

"Neftçi" – "Qarabağ" 1:5

Qollar: Elvin Bədəlov, 20 // Musa Qurbanlı, 9; 32. Xoni Montiel, 38. Leandro Andrade, 68. Emmanuel Addai, 90+3.
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“Palms Sports Arena”, 19:00

"Neftçi": 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 7. Emil Səfərov, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 70. Andrey Ştoqrin, 11. İmad Faraj, 10. Freddi Varqas, 22. Luis Ortis.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 6. Sessi Dalmeyda, 9. Bassala Sambu, 27. Kristian Kostin, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Məşqçi: Vitali Vernidub.

"Qarabağ": 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 9. Xoni Montiel, 15. Leandro Andrade, 35. Pedro Bikalyo.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 97. Fabian Buntiç, 77. Ramil Şeydayev, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai, 17. Kamilo Duran, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti