Premyer Liqanın 28-ci turunda əcnəbi istefası gerçəkləşə bilər.
Ya Saşa İliç, ya da Kaxaber Tsxadadze postuna əlvida deməlidir.
Əgər istefa mədəniyyətləri varsa...
"Kimyaçılar" sonuncu dəfə yanvar ayında 3 xala sevinib.
Avrokuboklar şansı bitən klub məğlubiyyətləri sıraya düzüb.
"Kəpəz", "Karvan-Yevlax" kimi autsayderlərlə bacarmayan serbiyalı mütəxəssisin qələbə həsrətinə son verməsi üçün daha bir uyğun rəqiblə qarşılaşacaq.
Doğma meydanda "qırmızı-qaralar"ı da məğlub etmək mümkün olmasa, sabiq "Qalatasaray"lı vətəninə bilet sifariş edə bilər.
Eyni aqibəti onun əcnəbi həmkarı Kaxaber Tsxadadzeyə də şamil etmək olar.
Turnir cədvəlində sonuncu "beşlik"də yer alan klublar arasında ən imkanlısı sayılan "Qəbələ" ilə gürcüstanlı mütəxəssis heç cür normal çıxış sərgiləyə bilmir.
Əbəs deyil ki, həftələrdi 11-ci pillənin daimi sakininə çevrilib.
Pley-offda oynamaq şansları hər ötən tur artır.
10 oyundu qələbə tanımayan, xaosun yaşandığı "Sumqayıt"ı da məğlub etmək mümkün olmasa, Kaxaber "qırmızı körpü" istiqamətinə yan ala bilər.
XANOĞLAN / SPORTİNFO.AZ

