“Turan” Sumqayıtda “Araz”ın qonağıdır - CANLI YAYIM

18:10 Premyerliqa 121
“Turan” Sumqayıtda “Araz”ın qonağıdır - CANLI YAYIM

Misli Premyer Liqasında XXVIII tura bu gün start veriləcək.

birinci oyun günündə iki qarşılaşma keçiriləcək.

"Turan Tovuz" "Araz-Naxçıvan"la üz-üzə gələcək. Qarşılaşma Sumqayıtdakı "SOCAR Polymer Arena"da, saat 17:00-da start götürəcək.

Tovuz klubu 52 xalla üçüncü, Naxçıvan təmsilçisi 39 xalla altıncı pillədə qərarlaşıb.

Günün ikinci matçında "Neftçi" səfərdə "Zirə" ilə münasibətlərə aydınlıq gətirəcək. Görüş "Zirə" İdman Kompleksinin stadionunda, saat 19:30-da başlayacaq.

Rəqibindən bir oyun az keçirən "ağ-qaralar" 43 xalla beşinci, meydan sahibləri 44 xalla dördüncüdür.

Tura aprelin 19-da yekun vurulacaq.

17:00. "Araz-Naxçıvan" – "Turan Tovuz" 0:0
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, İslam Məmmədov
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Emin Cəfərov
“SOCAR Polymer Arena”

"Araz-Naxçıvan": 94. Tərlan Əhmədli 5. Slavik Alxasov 8. Coşqun Diniyev 4. Rahil Məmmədov (k) 26. Ömər Buludov 24. Mustafa Əhmədzadə 16. Ramon Maçado 17. İssuf Paro 23. Nuno Rodriqes 7. Hamidu Keyta 10. Felipe Santos
Ehtiyat oyunçular: 12. Kristian Avram 34. Ürfan Abbasov 3. Bəxtiyar Həsənalızadə 14. Ülvi İsgəndərov 86. İbrahim Piriyev 6. Patrik Andrade 11. Ba-Muaka Simakala 70. Şarl Boli 19. Bar Kohen
Baş məşqçi: Andrey Demçenko

"Turan Tovuz": 1. Oleq Baklov 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev (k) 11. Ayxan Hüseynov 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman 7. Xorxe Silva 19. Roberto Olabe 2. Mark Rene Mampassi
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 29. Filip Ozobiç 4. Şəhriyar Əliyev 6. Fərid Yusifli 99. İbrahima Vadji 9. Coş Cinnelli 8. David Tavareş
Baş məşqçi: Kurban Berdıyev

19:30. "Zirə" – "Neftçi"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Zirə İdman Kompleksinin stadionu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti