"Bu oyunu klub prezidentinə həsr edirik" - Jorj Kaşkilya

18:20 Premyerliqa 130
"Bu oyunu klub prezidentinə həsr edirik" - Jorj Kaşkilya

"Öz oyunçularımı gözəl nəticəyə görə təbrik edirəm. Azarkeşlərimizə dəstəyə görə təşəkkürümü bildirirəm. Az olsalar da, hər zaman bizə dəstək göstərirlər. "Neftçi" ilə oyundan sonra komandada ruh düşkünlüyü var idi. Bu komanda öz xarakteri ilə geri dönüş edə bildi. Son iki oyunda 4 xal yığmışıq. Bu da bizim üçün çox vacib idi. "Turan Tovuz" da ağır rəqibdir, "Qəbələ" çox rahat olmayan komandadır. Öz meydanında da yaxşı oynayırlar. Bu cür rəqiblərlə görüşlərdən xallar götürə bildik. Üzümü tutub bir jurnalistə cavab vermək istəyirəm. Çünki "Neftçi" ilə oyundan sonra bizə demişdi ki, "Turan Tovuz"la görüşdə 7:0-a hazırsız? Bu da bizim ona cavabımız. O jurnalist indi burada yoxdur. Çox çətin oyun idi. Bilirik ki, "Qəbələ" çox ağır rəqibdir, çətin komandadır. Hücuma çox sürətli keçirlər. Taktikamız və strategiyamız gözəl işlədi. Belə oyunlarda qol az olur, daha çox taktiki mübarizə gedir. Qol vurduqdan sonra da oyunda diqtə etməyə çalışdıq. Rəqib də çox qol şansı yarada bilmədi. Yaxşı müdafiə olunduq. Belə çətin oyundan xalla ayrılmaq çox pozitiv amildir. Bu oyunu klub prezidentimizə həsr edirik. Bu gün onun doğum günüdür".

Sportinfo.az xəbər verir ki, bu sözləri “İmişli”nin baş məşqçisi Jorj Kaşkilya Misli Premyer Liqasının 27-ci turunun “Qəbələ” ilə oyunundan sonra keçirilmiş mətbuat konfansında bildirib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Nə baş verdi ki, "İmişli" yenə qələbə qazandı?

- Əzmkarlıqla komanda xarakterini və mənliyini sübut etdi. Qalib gəlmək nə qədər vacib olsa da, əsas olan Premyer Liqada yerini qorumaqdır. "Karvan-Yevlax", "Qəbələ", "Kəpəz" kimi komandalar arasında biz də varıq. Amma xala baxsaq, biz öz mövqeyimizi itirməmişik. 26 xalımız var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti